Xəzər Xəbər

Paytaxtda ticarət mərkəzləri bu vaxtdan açılacaq

Dünya | 16:53 • 28 May 2020
Paytaxtda ticarət mərkəzləri bu vaxtdan açılacaq

İyunun 1-dən etibarən Moskvada 47 mindən çox pərakəndə ticarət mərkəzi açılacaq.

Paytaxtın Ticarət və Xidmətlər Departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib ki, iyunun 1-dən etibarən 47 398 pərakəndə satış müəssisəsi, 9149 istehlakçı müəssisəsi açılacaq. Onun sözlərinə görə, iyunun 5-dən isə yarmarkalar işlərini bərpa edəcək.

Nemeryuk qeyd edib ki, iaşə, gözəllik salonları, kosmetik və masaj salonları, habelə hamam və saunalar bağlı qalacaq.

Qeyd edək ki, koronavirus səbəbiylə Moskvada tətbiq olunan məhdudlaşdırıcı tədbirlər iyunun 14-dək uzadılıb./Cebhe.info

Xəbər lenti