Xəzər Xəbər

Çin ABŞ-ın Honkonq tələbinə qarşı çıxdı

Dünya | 12:42 • 28 May 2020
Çin ABŞ-ın Honkonq tələbinə qarşı çıxdı

ABŞ Honkonqdakı hökumət əleyhinə qruplara qarşı mübarizəni gücləndirmək üçün yeni təhlükəsizlik qanunlarını qəbul etmək cəhdini "beynəlxalq sülh və təhlükəsizlik mövzusunda qlobal narahatlıq" səbəbilə BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsini istəyib. Lakin Çin bu istəyə qarşı çıxıb.

XəzərXəbər xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəliyindən verilən açıqlamada, 1984-cü ildə imzalanan "Çin-İngiltərə Birgə Bəyannaməsi” ilə Çinin inzibati muxtariyyətinə və azadlığına zərər verməsindən çox narahat olduğu ifadə edilir.

ABŞ-ın "şəffaflıq və beynəlxalq hesabatlılıq" narahatlığı ilə Çinin tələbinə qarşı olduğu deyilən açıqlamada Çin, koronavirus pandemiyasından istifadə edərək, Honkonq planından dünyanı yayındırmaq və "başqa istiqamətə yönləndirmək" cəhdində günahlandırılır.

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun, Tvitter hesabında verdiyi açıqlamada ABŞ-ın Çinin daxili işlərinə aid olan "Honkonq məsələsini" BMT Təhlükəsizlik Şurasının müzakirəsinə vermək istəklərini qəti şəkildə rədd etdiklərini deyib: "Faktlar bir daha göstərir ki, ABŞ dünyanın problemli ölkəsidir. ABŞ beynəlxalq hüquq normalarına uyğun öhdəlikləri pozur. Çin bu ölkəni güc siyasətinə və təhqiramiz tətbiqetmələrə son qoymağa dəvət edir ''.

Qeyd edək ki, 2003-cü ildə qəbul olunan "Honkonq Milli Təhlükəsizlik Qanunu" Pekin hökumətinin bölgədə təsirini gücləndirmək üçün ən vacib qanun sayılır.

Xəbər lenti