Xəzər Xəbər

İranda koronavirusun yeni dalğası gözlənilir

Dünya | 17:29 • 27 May 2020
İranda koronavirusun yeni dalğası gözlənilir

İran koronavirus infeksiyasının yeni dalğasına hazırlaşır.

Bu barədə "RİA Novosti” İran Prezidenti Həsən Ruhaninin açıqlamasına istinadən məlumat yayıb.

Yeni infeksiya dalğasının payızda başlayacağı təxmin edilir.

Ruhani bildirib ki, yeni mümkün dalğaya hazırlıq üçün bütün səylərisəfərbər etmişik.

O, həmçinin ölkədə koronavirusun yayılmasının lokallaşmağa yaxın olduğunu da qeyd edib.

Prezidentin sözlərinə görə, pik mərhələ keçsə də, pandemiyanın keçməsinə hələ çox var.

Buna görə də o, COVID-19-un yayılmasının bu ilin sonunadək bitməyəcəyi üçün hazırlıqlı olmağa çağırıb./oxu.az

Xəbər lenti