Xəzər Xəbər

Yaponiya baş naziri karantinə alına bilər

Dünya | 13:05 • 27 May 2020
Yaponiya baş naziri karantinə alına bilər

Yaponiya Baş naziri Şinzo Abe 2 həftəlik karantinə alına bilər.

G7 zirvəsinin videokonfrans vasitəsilə deyil, əvvəlcədən planlaşdırıldığı kimi ABŞ-da keçiriləcəyi ilə bağlı açıqlamalar Yaponiyada COVİD-19 tədbirlərini gündəmə gətirib.

Yaponiya hökumətinin zirvədə iştirakı ehtimalı olunan Ş.Abedən ölkəyə qayıtdıqdan sonra 2 həftə karantində qalmasını tələb edəcəyi bildirilir.

Belə olduqda Abenin Nazirlər Kabineti yanındakı rəsmi iqamətgahında karantində olacağı və işləri buradan idarə edəcəyi deyilir./axar.az

Xəbər lenti