Xəzər Xəbər

Siyasi rəqibi Trampı axmaq adlandırdı

Dünya | 11:42 • 27 May 2020
Siyasi rəqibi Trampı axmaq adlandırdı

ABŞ-da Demokrat Partiyasını təmsil edən prezidentliyə namizəd Co Bayden Donald Trampı axmaqadlandırıb.

O, bu barədə CNN-ə verdiyi müsahibəsində deyib.

Baydenin fikrincə, Tramp koronavirus pandemiyasının fonunda yalançı kişilik nümayiş etdirir.

O, bunu Trampın "Anım Günü” mərasimində maskasız görünməsi ilə izah edib.

Həmin mərasimdə Bayden maska ​​və eynək taxıb.

"O,əsl axmaqdır... Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalı və yalançı kişilik göstərməməlidir. Bu, insanların həyatı bahasına başa gəlir”, - deyə Bayden bildirib.

Xəbər lenti