Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 100 mindən çox artıb.
"TASS" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Mayın 25-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 100 264 nəfər yeni koronavirusa yoluxub, 4 342 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 5 304 772, ölənlərin isə 342 029-nəfərə çatıb./publika.az