Xəzər Xəbər

İranda koronavirusdan daha 58 nəfər vəfat edib

Dünya | 14:23 • 24 May 2020
İranda koronavirusdan daha 58 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 58 nəfər vəfat edib.


Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.


Bununla da İrandan koronavirusdan ölənlərin sayı 7417 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2180 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 135701 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 105801 nəfər sağalıb.

Hazırda virusa yoluxanlardan 2615 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Xəbər lenti