Xəzər Xəbər

Çin XİN: İsraildəki səfirin ölümü ilə bağlı detallar daha dəqiq araşdırma tələb edir

Dünya | 15:15 • 18 May 2020
Çin XİN: İsraildəki səfirin ölümü ilə bağlı detallar daha dəqiq araşdırma tələb edir

Çin Xarici İşlər Nazirliyi (XİN) ölkənin İsraildəki səfiri Du Veyin ölümünün dərindən araşdırmaya ehtiyacı olduğunu hesab edir.


Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien mayın 18-də gündəlik mətbuat konfransında deyib. "İlkin rəy ondan ibarətdir ki, səfir Du Vey səhhəti ilə əlaqədar gözlənilmədən dünyasını dəyişib, lakin detallar daha dəqiq yoxlamaya ehtiyac duyur", - deyə XİN rəsmisi bildirib.


Qeyd edək ki, Çinin İsraildəki səfiri Du Vey mayın 17-də Hersliya sahil şəhərindəki iqamətgahında ölü vəziyyətdə tapılıb. İsrail polisinin ilkin rəyinə görə, 57 yaşlı diplomat sağlamlığında yaranan problemlər səbindən vəfat edib. İsrail XİN səfirin ölümü ilə bağlı başsağlığı verib. (AZƏRTAC)

Xəbər lenti