Xəzər Xəbər

Kadırovdan korona ilə bağlı şok açıqlama “Bunu dilə gətirən həkimləri..."

Dünya | 14:38 • 18 May 2020
Kadırovdan korona ilə bağlı şok açıqlama

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov maskalar, qoruyucu kostyumlar və digər qoruyucu vasitələrin olmamasından şikayət edən həkimlərin işdən çıxarılmasını tələb edib.

Bu barədə Çeçenistanın dövlət televiziyasında efirə verilən reportajda bildirilib. Telekanal Kadırovun iştirakı ilə koronavirusla mübarizə üzrə operativ qərargahın iclasından kadrlar nümayiş etdirib.

"Təxribatçıları işdən azad etmək lazımdır. Bizdə hər şey – avadanlıq, kostyum, maska kifayət qədərdir”, – deyə Çeçenistan lideri bildirib.

Siyasətçi, eyni zamanda Qudermes rayon xəstəxanasında bir həkimin ölümü ilə bağlı yayılan məlumatdan da danışıb. O, tibb işçisinin oğlunun anasının sağ olmasına dair səs yazısını iştirakçıların dinləməsinə imkan yaradıb. "Belə şayiələri necə yaymaq olar? Həkim təşvişi aradan qaldırmalı, adamları sakitləşdirməlidir. Ölsələr də, bunu fərqli bir şəkildə təqdim etmək lazımdır. Ey, insanlar, sizə ayıb deyil? Əl çəkin, şayiələr yaymayın. Bu şayiənin müəlliflərini üzə çıxarmaq, hər kəsə onların üzünü göstərmək lazımdır”.

Qeyd edək ki, Qudermes rayon xəstəxanası işçilərinin şikayəti mayın 17-dən əvvəl yayılıb. Tibb işçiləri maska, əlcək və digər qoruyucu vasitələrin olmaması və onları özlərinin satın almaları barədə audio, videomüraciət yayıblar. Parlamentin sədri Maqomed Daudov daha sonra izah edib ki, tibb müəssisələri yalnız koronavirus xəstələrini qəbul etməyə hazırlaşır və indiyə qədər heyət üçün qoruyucu vasitələrə ehtiyac duymur.

"Qroznı” televiziya kanalı həkimlərin etirazını əsassız çaxnaşma, iştirakçıları isə təxribatçı adlandırıb və tibbi maskalar, qoruyucu kostyumlar xəstəxana anbarından görüntülər nümayiş etdirib.

Son məlumata görə, Çeçenistanda 943 nəfərdə koronavirus infeksiyası qeydə alınıb. Onlardan 9 nəfər vəfat edib, 580 nəfər sağalıb./Teleqraf.com

Xəbər lenti