Xəzər Xəbər

Rusiyadan koronavirusa qarşı İNQİLABİ KƏŞF: 2 saat ərzində tapır və...

Dünya | 13:56 • 18 May 2020
Rusiyadan koronavirusa qarşı İNQİLABİ KƏŞF:

İki saat ərzində nəticəsi bəlli olan, yüksək həssaslığa malik testlərin kütləvi istehsalına başlanıb.

İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) Ulyanovsk şəhərindəki "Ulnanotech” nano-texnologiya mərkəzinin "TestGen” şirkətinə kütləvi istehsal üçün icazə verib.

"TestGen” şirkətinin müdiri Andrey Toropovskinin açıqlamasına görə, ilk mərhələdə 24 saat ərzində 50 min test istehsal edilməsi planlaşdırılıb. Ayda 2 milyon ədəd test istehsalı proqnozlaşdırılıb. Şirkət xarici bazarlara çıxmaq üçün Avropadan təsdiq almağa hazırlaşır.

Qeyd edək ki, "TestGen” mütəxəssisləri COVID-19-u inkubator dövrü və ən erkən mərhələsində təsbit edə bilən, 96% dəqiq nəticə verən test hazırlamışdı./publika.az

Xəbər lenti