Xəzər Xəbər

Fransada karantindən sonra açılan 50-dən çox məktəb yenidən bağlandı

Dünya | 13:18 • 18 May 2020
Fransada karantindən sonra açılan 50-dən çox məktəb yenidən bağlandı

Fransanın bir neçə regionunda koronavirusa yoluxma halları ilə əlaqədar 50-dən çox məktəb yenidən bağlanıb.

Nitsa şəhərində məktəblərdən biri 11 yaşlı şagirdin koronavirus testi müsbət nəticə verdikdən sonra bağlanıb.

Bundan başqa, Puatu-Şaranta regionunda, Dordon departamentində onlarla məktəb fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Fransada məktəblər mayın 11-dən etibarən mərhələli şəkildə və müəyyən məhdudiyyətlərlə açılmağa balşayıb./trend

Xəbər lenti