Xəzər Xəbər

Çin evində ölü tapılan səfirə görə fəaliyyətə keçdi

Dünya | 11:56 • 18 May 2020
Çin evində ölü tapılan səfirə görə fəaliyyətə keçdi

Səfir Du Veyin ölümü ilə əlaqədar istintaq aparmaq üçün Çindən İsrailə xüsusi heyət yollanacaq.

Bu barədə "Haaretz” nəşri xəbər yayıb.

Bundan sonra onun cənazəsi dəfn edilmək üçün vətəninə aparılacaq.

Qeyd edək ki, Çinin İsraildəki səfiri, 57 yaşlı Du Vey mayın 17-də Təl-Əviv yaxınlığındakı iqamətgahında,öz yatağında ölmüş halda tapılıb. İsrail mediasının məlumatına görə, diplomatın bədənində zorakılıq izlərinə rast gəlinməyib. Səfirin ürəktutmadan öldüyü ehtimal edilir.

Məlumata görə, Du Vey bu vəzifəyəcari ilin fevral ayında təyin olunmuşdu. Bundan əvvəl isə o, Ukraynada Çini təmsil edirdi./oxu.az

Xəbər lenti