Xəzər Xəbər

Prezidentin oğlu koronavirusdan limon və zəncəfillə sağaldı - ŞOK AÇIQLAMA

Dünya | 11:13 • 18 May 2020
Prezidentin oğlu koronavirusdan

Tanzaniya Prezidenti Con Maqufulinin oğlu limon və zəncəfillə koronavirusdan sağalıb.

Bu iddia dövlət başçısının özü tərəfindən səsləndirilib.

Ölkənin Çato bölgəsindəki Evangelist Lüteran Kilsəsində çıxış edən prezident bildirib ki, oğlu koronavirusa yoluxduqdan sonra özünü ətrafdan təcrid edib, qaynamış bitkilərin buxarı, limon və zəncəfil istifadə edib və idmanla məşğul olub. Beləliklə, xəstəliyə qalib gəlib.

C.Maqufuli ölkədə son zamanlarda infeksiyanın yayılmasının səngidiyini, yaxın müddətdə məktəblərin yenidən açılacağını və ölkəyə bütün uçuşların bərpa ediləcəyini deyib.

Qeyd edək ki, koronavirus pandemiyası yayılandan bəri Tanzaniyanın dövlət başçısı xəstəliyə qarşı gördüyü təbii tədbirlərlə tez-tez gündəmə gəlir. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı yaratdığı təəssüratı yıxmaq üçün ölkəsində müxtəlif siyasətlər yürüdən Maqufili virus testlərini yoxlayan laboratoryanın rəhbərini işdən çıxarmışdı.

O, laboratoriyaya gizli şəkildə insan adları altında heyvan, meyvə və yağ nümunələri göndərdiklərini, bir keçi və papaya bitkisinin testinin pozitiv çıxdığını açıqlamışdı.

Qeyd edək ki, Tanzaniya aprel ayının sonundan etibarən koronavirus statistikalarını yeniləyib xalqla paylaşmır.

Son rəqəmlərə görə, Tanzaniyada bu günədək 509 nəfər virusa yoluxub, 21 nəfər ölüb, 183 nəfər sağalıb./Publika.az

Xəbər lenti