Xəzər Xəbər

19 yaşlı gəncin meyiti göldə tapıldı

Dünya | 10:55 • 18 May 2020
19 yaşlı gəncin meyiti göldə tapıldı

Türkiyənin Saray rayonunda evdən çıxan gənc bir daha geri dönməyib.

"Haber Türk" xəbər verir ki, Sefalan məhəlləsində yaşayan 19 yaşlı Erkan Pınar bazar günü saat 16:00 radələrində gəzintiyə çıxacağını söyləyərək evdən gedib. Onun axşam saatlarına qədər evə dönmədiyini görən ailəsi axtarışına çıxıb.

Saat 22.00 radələrində Erkan Pınarın cəsədi Kiçik Daş Ocağı gölündə tapılıb.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün cəsədi Saray Dövlət Xəstəxanasının morquna aparıblar. Ordan da Tekirdağ məhkəmə ekspertizasına təhvil veriləcək./publika.az

Xəbər lenti