Xəzər Xəbər

Hərbi bazaya HÜCUM: 7 ölü, 25 yaralı

Dünya | 10:52 • 18 May 2020
Hərbi bazaya HÜCUM:

Əfqanıstanın Qazni əyalətində hərbi bazaya silahlı hücum olub.

TASS-ın xəbərinə görə, bazanın önündə əvvəlcə avtomobil partladılıb, sonra isə atışma baş verib.

Hücum zamanı ən az 7 nəfərin öldürüldüyü, 25 nəfərin yaralandığı bildirilir. Atışma baş verən baza kəşfiyyat bölmələrinin hərbçilərinin yerləşdiyi məntəqə olub.

İlkin məlumatlara görə, hücum Taliban hərəkatı tərəfindən təşkil olunub.

Xəbər lenti