Xəzər Xəbər

Gürcüstanda yenilik - "Mall"arda "video skrininq" sistemi qurulur

Dünya | 21:23 • 17 May 2020
Gürcüstanda yenilik -

Qlobal pandemiya ilə əlaqədar ticarət mərkəzlərində vətəndaşların temperaturuna "video skrininq" sistemi vasitəsi ilə nəzarət ediləcək

Gürcüstan mətbuatı xəbər verir ki, bunu Əmək Şəraitinin Təftişi İdarəsinin rəhbəri Beka Pheradze bildirib.

Onun sözlərinə görə, bununla bağlı tələblər artıq razılaşdırılıb: "Yəqin ki, ticarət mərkəzləri ilə bağlı sabah yekun sənədi qəbul edəcəyik. Mərkəzlərin nümayəndələri ilə bir neçə dəfə görüşdük və faktiki olaraq deyə bilərik ki, qarşılamaları gərəkən bütün müddəalara dair razılaşma əldə edilib".

"Gözləntilərimiz var ki, sənədi sabah təsdiqləyəcəyik və tezliklə işləri həyata keçirmək hüququ qazanacaqlar. Təbii ki, onlar Gürcüstan hökumətinin müvafiq qətnaməsi ilə bu hüququ əldə etməlidirlər. Biz bu sənədi onlarla birlikdə hazırladıq və tələblərin nə olduğunu əvvəlcədən bilirlər. Artıq hazırlıqlara başlayıblar. Bir neçə texniki detal dəqiqləşdirilir. Dəqiqləşdiriləcək və sabah təsdiqlənəcək”, - deyə Beka Pheradze bildirib.

Xəbər lenti