Xəzər Xəbər

ABŞ-da koronavirusdan ölənlərin sayı 90 mini ötdü

Dünya | 17:58 • 17 May 2020
ABŞ-da koronavirusdan ölənlərin sayı 90 mini ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 90 min nəfəri ötüb.

"Worldometers" portalının yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 1 507 773 nəfərə çatıb. Virusa yoluxanlardan 90 113 nəfəri ölüb, təxminən 340 min nəfəri isə sağalıb.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 4 721 828 nəfər, ölənlərin sayı isə 313 260 nəfər təşkil edir.

Xəbər lenti