Xəzər Xəbər

İranda COVID-19-a yoluxanların sayı dayanmadan artır Son rəqəmlər

Dünya | 17:50 • 17 May 2020
İranda COVID-19-a yoluxanların sayı dayanmadan artır

İranda ötən sutka ərzində daha 1 806 nəfərin koronavirusa (COVID- 19) yoluxması ilə indiyədək 120 198 nəfərin bu virusa yoluxduğu öz təsdiqini tapıb.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, virus daşıyıcılarından 2 705 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, ötən 24 saat ərzində daha 51 koronavirus nəticəsində ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 6 988 nəfərə çatıb.

Nazirlik rəsmisi ölkədə indiyədək 94 464 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda virusun diaqnozu ilə əlaqədar 686 mindən çox test həyata keçirilib.

Xəbər lenti