Xəzər Xəbər

Baş nazirdən ikinci dalğa barədə Kritik açıqlama

Dünya | 17:26 • 17 May 2020
Baş nazirdən ikinci dalğa barədə

Finlandiyanın Baş Naziri Sanna Marin COVID-19 epidemiyasının ikinci dalğasının yayılacağı halda ölkəsinin buna daha yaxşı hazır olacağına ümid etdiyini bildirib.

Baş nazir hökumətin virusla mübarizə üçün sərt tədbirləri təkrarlamaq zərurəti qarşısında qalmayacağını bildirib.

Sanna Marin Finlandiya səhiyyə orqanlarının yayda infeksiyanın yayılmasında bir qədər azalma və payızda koronavirusun ikinci dalğasının peyda olmasını gözlədiyini qeyd edib.

Baş nazirin fikrincə, hətta Finlandiyanın sərt tədbirləri virusun ölkədə təkrarən yayılmasının qarşısını almayacaq./Teleqraf.com

Xəbər lenti