Xəzər Xəbər

Baş nazirdən klubları sevindirəcək qərar

Dünya | 17:21 • 17 May 2020
Baş nazirdən klubları sevindirəcək qərar

İtaliyanın baş nazir Cüzeppe Konte komandaların ümumi məşqlərə başlamasına icazə verib.

Mayın 18-dən etibarən bütün klublar qrup halında deyil, komanda şəklində hazırlaşa biləcəklər. Bu haqda İtaliya mətbuatı məlumat yayıb.

Daha öncə yayılan xəbərə görə, koronavirus pandemiyası səbəbindən dayandırılmış A seriyası iyunun 13-də bərpa olunmalı, avqustun 2-də isə başa çatmalıdır. Hazırda klublar bununla bağlı hökumətin rəsmi icazə qərarını gözləyirlər./Teleqraf.com

Xəbər lenti