Xəzər Xəbər

İlk nümunələri məhv etdik... Çindən inanılmaz etiraf

Dünya | 17:16 • 17 May 2020
İlk nümunələri məhv etdik...

Çin COVID-19 infeksiyasının ilkin mərhələdə bəzi nümunələrinin məhv etdiyini etiraf edib.

Çin Səhiyyə Komissiyasının Elm və Təhsil şöbəsinin rəsmisi Liu Dengfenq Pekində keçirilən mətbuat konfransında Çin hökumətinin yanvarın 3-də bu cür virusların öhdəsindən gələ bilməyən bəzi müəssisələrdə yeni növ koronavirusun nümunələrinin məhvi üçün təlimat verdiyini açıqlayıb.

Onun sözlərinə görə, laboratoriyalarda bioloji təhlükəsizlik riskinin qarşısını almaq və naməlum patogenlərin fəlakətlərə yol açmaması üçün bu addımın atılması mütləq idi: "Bəzi xəstəxanalarda götürülən virus nümunələri bioloji risk idi. Çin xalqının sağlamlığına dair qanuna görə, bu cür nümunələr ixtisaslı anbara transfer edilməli və ya məhv olunmalı idi”.

Mütəxəssis qeyd edib ki, Çin ilkin nümunələri ABŞ-ın iddia etdiyi kimi koronavirus barədə məlumatları ört-basdır etmək üçün yox, riskin qarşısını almaq məqsədilə məhv edib./Teleqraf.com

Xəbər lenti