Xəzər Xəbər

Əsəd istefa verir? İrandan sensasion açıqlama

Dünya | 17:11 • 17 May 2020
Əsəd istefa verir?

İran parlamenti sədrinin müşaviri Hüseyn Əmir Abdullahiyan İranın Rusiya ilə Suriya Prezidenti Bəşər Əsədi hakimiyyəətdən uzaqlaşdırmaqla bağlı razılaşdığına dair iddialara cavab verib.

O, sözügedən iddiaları təkzib edib.

"Bəşər Əsəd Suriyanın qanuni prezidenti və ərəb dünyasının terrorizmlə mübarizədə ən böyük lideridir", - deyə Hüseyn Əmir Abdullahiyan qeyd edib.

Onun sözlərinə görə, rəsmi Tehran Suriyanın suverenliyini, milli birliyini və ərazi bütövlüyünü dəstəkləyir./teleqraf

Xəbər lenti