Xəzər Xəbər

Rusiyada daha 1786 koronavirus xəstəsi qeydə alınıb

Dünya | 14:08 • 10 Aprel 2020
Rusiyada daha 1786 koronavirus xəstəsi qeydə alınıb

Ötən gün ərzində Rusiyanın 57 regionunda daha 1786 nəfərdə COVID-19 xəstəliyi təsdiq olunub.

Rusiyada koronavirus xəstələrinin sayı ötən gün ərzində 1786 nəfər artaraq 11 min 917 nəfərə çatıb. Bir gündə 18 nəfər ölüb, 97 pasiyent sağalıb.

Yoluxanların əksəriyyəti - 1124 nəfəri Moskva sakinidir.

Ümumilikdə Rusiyada indiyədək 800 nəfər bu xəstəlikdən sağalıb, 94 nəfər vəfat edib.

Xəbər lenti