Xəzər Xəbər

Türkiyədə ölkədən qanunsuz yollarla çıxarılmaq üzrə olan dezinfeksiya vasitələri ələ keçirilib

Dünya | 10:04 • 10 Aprel 2020
Türkiyədə ölkədən qanunsuz yollarla çıxarılmaq üzrə olan dezinfeksiya vasitələri ələ keçirilib

Türkiyənin Ədirnə şəhərinin İpsala sərhəd-keçid məntəqəsində qoşqulu avtomobilin içərisində ölkədən qanunsuz yollarla çıxarılmaq üzrə olan dezinfeksiya vasitələri ələ keçirilib.

Türkiyədə qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat zamanı aşkarlanan malların Fransaya aparılması nəzərdə tutulurmuş.

Aşkarlanan vasitələr arasında 767 min tibbi maska, 12 min antibakterial yaş salfet və 4080 ədəd dezinfeksiya vasitəsi olub.

Xəbər lenti