Xəzər Xəbər

Latviyada koronavirusa yoluxanların sayı 589 nəfərə çatıb

Dünya | 09:52 • 10 Aprel 2020
Latviyada koronavirusa yoluxanların sayı 589 nəfərə çatıb

Son bir sutka ərzində Latviyada koronavirusa (COVID-19) yoluxanların sayı 12 nəfər artaraq 589-a çatıb.

Bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 25 min 458 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19-a görə 1422 nəfərdən götürülən analizinin 12-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna edilmir.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 3 ölüm faktı qeydə alınıb.

Xəbər lenti