Xəzər Xəbər

Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb

Dünya | 08:58 • 10 Aprel 2020
Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb

Aprelin 9-da Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artıb.

Səudiyyə Ərəbistanında son bir sutka ərzində yeni növ koronavirusdan 3 ölüm faktı qeydə alınıb. Beləliklə, bu ölkədə koronavirusdan həyatını itirənlərin sayı 44 nəfərə çatıb. Səhiyyə Nazirliyinin məlumatına görə, COVID-19-a yoluxanların ümumi sayı 3287 nəfərdir. Ötən gün isə 355 yoluxma faktı qeydə alınıb. Aprelin 9-da Məkkə və Mədinədə koronavirusa 163 yoluxma baş verib.

Ötən gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa 300 nəfər yoluxub, xəstələrin ümumi sayı isə 2659-a çatıb. Bundan başqa, xəstəlikdən ölənlərin sayı 12 nəfərdir. Dubay Əmirliyində 24 saatlıq fövqəladə karantin rejimi aprelin 18-dək uzadılıb.

Qətərdə ötən gün daha 166 yoluxma halı qeydə alınıb. QNA agentliyinin xəbərinə görə, koronavirus xəstələrinin ümumi sayı 2376 nəfərə çatıb, indiyədək üç nəfər dünyasını dəyişib.

Küveytdə isə aprelin 9-da koronavirusa 55 nəfər yoluxub. Bu ölkənin Səhiyyə Nazirliyi bildirib ki, indiyədək ölkədə 910 yoluxma halı qeydə alınıb, 111 xəstə tam sağalıb, 18 nəfərin vəziyyəti isə ağırdır.

Oman Səhiyyə Nazirliyi son bir gündə ölkədə daha 38 nəfərin koronavirusa yoluxduğunu, xəstələrin ümumi sayının 457 olduğunu bildirib. Sultanlıqda 72 xəstə tam müalicə olunub, iki nəfər isə dünyasını dəyişib.

Bəhreyndə son sutkada koronavirusa 32 yoluxma halı qeydə alınıb, xəstələrin ümumi sayı isə 355 nəfərdir. Yeni yoluxanların 18 nəfəri bu ölkədə çalışan miqrantlardır. Bu ölkədə ticarət mərkəzlərinin fəaliyyəti qismən bərpa edilib, karantin rejiminin müddəti azaldılıb.

Xəbər lenti