Xəzər Xəbər

Səudiyyə kralı və vəliəhd şahzadə koronavirusa görə karantindədir

Dünya | 12:06 • 9 Aprel 2020
Səudiyyə kralı və vəliəhd şahzadə koronavirusa görə karantindədir

Səudiyyə Ərəbistanında kral ailəsinin 150 üzvü koronavirusa yoluxub.

Bu barədə "The New York Times” xəbər yayıb.

Məlumata görə, yoluxanlar arasında Ər-Riyad valisi Feysəl bin Əbdüləziz Al Səud da var.

İlkin ehtimallara görə, şahzadələr Avropaya səfərləri zamanı xəstələniblər.

Həmçinin,vurğulanır ki, 84 yaşlı kral Salman bin Əbdüləziz Al Səud Qırmızı dənizdə, Ciddə şəhərinə yaxın bir adada özünü təcrid edib. Vəliəhd şahzadə Məhəmməd bin Salman da bir çox naziri ilə birlikdə həmin ərazinin yaxınlığındakı sarayda təcrid olunub.

Qəzet bildirib ki, Səudiyyə Ərəbistanı rəhbərliyinin koronavirus pandemiyası ilə bağlı bütün quru və hava yollarının bağlanması, ölkədə bəzi vilayətlərdə küçəyə çıxma qadağası, ümrə ziyarətlərinin və camaat namazının ləğv edilməsi kimi həyata keçirdiyi tədbirlər, əslində, virusun xanədan üzvlərinə yoluxması ilə əlaqədardır.

Xəbər lenti