Xəzər Xəbər

Tibbi maskaların pulla satılması QADAĞAN EDİLDİ

Dünya | 10:25 • 7 Aprel 2020
Tibbi maskaların pulla satılması QADAĞAN EDİLDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı xalqa müraciətində pandemiyaya qarşı atılan yeni addımları açıqlayıb.

O bildirib ki, koronavirus problemi aradan qalxana qədər tibbi maskalar pulsuz paylanılacaq. Tibbi maskaların pulla satışı qadağandır.

Ərdoğanın sözlərinə görə, koronavirusun olduğu ərazilər tamamilə karantina alınacaq. Virusun yayılmasının qarşısının alınması üçün məsafə saxlamanın önəminə diqqət çəkən Ərdoğan, pandemiya ilə bağlı 2 səhra xəstəxanasının yaradılacağını bildirib./publika.az

Xəbər lenti