Xəzər Xəbər

Pentaqon koronavirusa qarşı vaksinin sınağına başladı

Dünya | 09:47 • 7 Aprel 2020
Pentaqon koronavirusa qarşı vaksinin sınağına başladı

Pentaqon koronavirusun müalicəsi üçün nəzərdə tutulan vaksinin sınaqlarına başlayıb.

Bu barədə amerikalı general Pol Fridrix jurnalistlərə açıqlamasında deyib.

O, sınaqların bir neçə ay davam edəcəyini bildirib:

"Biz testlərə bu gün başladıq. Lakin vaksinin artıq hazır olduğunu deyə bilmərik. Proses həftələrlə deyil, aylarla davam edəcək”.

Fridrix qeyd edib ki, vaksinin bir neçə növü artıq heyvanlar üzərində dərhal təhlükəsiz şəkildə sınaqdan keçirilir:

"Təhlükəsiz olarsa, əvvəlcə kiçik bir qrup, uğurlu olarsa isə böyük insan qrupları üzərində sınaqlar tətbiq ediləcək”./axar.az

Xəbər lenti