Xəzər Xəbər

Mart ayında ABŞ-da 700 mindən çox iş yeri bağlanıb

Dünya | 21:50 • 6 Aprel 2020
Mart ayında ABŞ-da 700 mindən çox iş yeri bağlanıb

Bu ilin mart ayında 701 minədək iş yeri bağlanandan sonra ABŞ iqtisadiyyatı böyük itkilərə məruz qalıb. Bu barədə Əmək Nazirliyinin məşğulluq üzrə son hesabatında bildirilib. İşsizlik səviyyəsi 4,4 faizə qədər yüksəlib.

Xezerxeber.az xəbər verir ki, hesabatda məşğulluq sahəsində ən böyük azalma tempinin təxminən 460 min iş yeri itkisinə məruz qalmış istirahət və mehmanxana biznesi sənayesinin üzərinə düşdüyü bildirilir. İtkilərin böyük əksəriyyəti bütün ölkə üzrə tətbiq olunan məcburi məhdudiyyətlər səbəbindən bağlanan barların və restoranların payına düşür.

Habelə işgüzar və peşəkar xidmət, pərakəndə satış və tikinti sahələri əhəmiyyətli dərəcədə zərər çəkib. Hesabatda itkilərin səhiyyə sahəsindəki hazırkı fövqəladə vəziyyətlə birbaşa əlaqəli olduğu bildirilir. Keçən ay ölkədə işsizlik dərəcəsi yarım əsr ərzində olan ən aşağı göstərici - 3,5 faiz səviyyəsində olmuşdur. Bir çox analitiklərin fikrincə, aprel rəqəmləri koronavirus infeksiyasının yayılması üzrə nəticələri daha düzgün əks etdirəcək.

Xəbər lenti