Xəzər Xəbər

İran gəncləri ABŞ-a yardım göndəriblər

Dünya | 17:12 • 6 Aprel 2020
İran gəncləri ABŞ-a yardım göndəriblər

İran universitetlərinin tələbələrindən ibarət olan "Bəsic” könüllülər təşkilatı koronavirusdan qorunmaq üçün ABŞ xalqına yardım göndərib.

ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin binasını özləri üçün ofisə çevirən könüllülər tibbi maska və dezinfeksiya üçün məhlullardan ibarət yardımı toplayaraq İsveçrənin Tehrandakı səfirliyinə təqdim ediblər.

Qeyd edək ki, İran ilə ABŞ arasında diplomatik əlaqə olmadığı üçün bəzi texniki məsələlər qarşılıqlı razılıq əsasında İsveçrənin İrandakı və ABŞ-dakı səfirlikləri vasitəsilə həyata keçirilir.

Xəbər lenti