Xəzər Xəbər

İranda koronavirusa qarşı istehsal edilən dərman xəstələrə müsbət təsir göstərib

Dünya | 14:02 • 6 Aprel 2020
İranda koronavirusa qarşı istehsal edilən dərman xəstələrə müsbət təsir göstərib

İranın Şəhid Behişti adına Universitetində koronavirusa qarşı dərman istehsal edildiyi bildirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, universitetin yayımladığı açıqlamada qeyd olunub ki, artıq universitetin əczaçılıq fakültəsi tərəfindən istehsal olunan "Favipiravir” dərmanı təsdiqlənmiş protokol əsasında xəstələrə tətbiq olunub və müsbət təsir göstərib.

Məlumatda o da bildirilib ki, koronavirusla mübarizə qərargahı araşdırmaların nəticəsini təsdiqləyərsə, dərmanın ölkə daxilində istehsalına başlanacaq.

Xəbər lenti