Xəzər Xəbər

ABŞ prezidenti amerikalıların Boris Consonun tezliklə sağalması üçün dua etdiyini bildirib

Dünya | 08:47 • 6 Aprel 2020
ABŞ prezidenti amerikalıların Boris Consonun tezliklə sağalması üçün dua etdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp amerikalılar adından koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Böyük Britaniyanın Baş naziri Boris Consonun tezliklə sağalmasını arzulayıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri jurnalistlər qarşısında keçirdiyi brifinqdə deyib.

"Virusa qarşı fərdi mübarizə aparan Baş nazir Boris Consona ölkəmiz adından xoş arzularımı bildirmək istəyirəm. Bütün amerikalılar onun tez sağalması üçün dua edir. O, mənim dostum və böyük bir insan, böyük bir liderdir", deyə Tramp bildirib.

ABŞ prezidenti baş nazirin tezliklə sağalacağına əminliyini ifadə edib: "Ümid edirəm və əminəm ki, onun səhhətilə bağlı hər şey yaxşı olacaq. Güclü adamdır, güclü şəxsiyyətdir".

Xəbər lenti