Xəzər Xəbər

Pakistanda daha 2700 nəfər koronavirusa yoluxub

Dünya | 09:52 • 5 Aprel 2020
Pakistanda daha 2700 nəfər koronavirusa yoluxub

Pakistanda daha 2700 nəfər koronavirusa yoluxub.

Pakistan mətbuatı xəbər verir ki, ölkə üzrə ən çox yoluxma Pəncab əyalətində qeydə alınıb. Bu günədək virusdan 40 nəfər ölüb.

Mətbuat yazır ki, koronavirus Pakistan iqtisadiyyatına böyük zərbə vurub. İqtisadiyyatı dirçəltmək üçün Pakistan Beynəlxalq Valyuta Fondundan 1,4 milyard, Dünya Bankından 1 milyard, Asiya İnkişaf Bankından 1,5 milyard dollar kredit verilməsini xahiş edib. Bildirilib ki, bu yardımlar olmadan ölkə iqtisadiyyatını dirçəltmək çətin olacaq.

Xəbər lenti