Xəzər Xəbər

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Dünya | 09:32 • 5 Aprel 2020
Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Son sutka ərzində dünyada koronavirus infeksiyasına təxminən 79 mindən çox insan yoluxub, 6 mindən çox insan da bu virusun qurbanı olub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.

04 aprel tarixi, Cenevrə vaxtı ilə saat 10:00-a (Bakı vaxtı 13:00) olan statistikaya görə, dünyada 1 051 635 nəfər yeni növ koronavirusa yoluxub, 56 985 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində79 332 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6664 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb –583 141yoluxma və42 334ölüm. Sutka ərzində burada yoluxanların sayı 41 333, ölənlərin sayı isə 5231 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 279 543 nəfər koronavirusa yoluxub, 6802 nəfər ölüb.

Yoluxmasayı üzrəüçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur.04 aprel tarixinəolan məlumata görə, burada110 362 yoluxma, 3809 ölüm faktı qeydə alınıb.

ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır –241 703nəfər.Onun ardıncaİtaliya (119 827), İspaniya(117 710), Almaniya (85 778və Çin (82875gəlir.

Xəbər lenti