Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 75 nəfər artaraq 771-ə çatıb.
Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 21 min 376 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 2 min 944 nəfərdən götürülən analizlərin 75-nin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 11 ölüm hadisəsi qeydə alınıb.