Xəzər Xəbər

106 yaşında koronavirusa qalib gəldi

Dünya | 18:53 • 4 Aprel 2020
106 yaşında koronavirusa qalib gəldi

İranda 106 yaşlı Kovid-19 xəstəsi sağalıb.

Bu barədə Qum Tibb Elmlərin Universitetinin sosial media hesabı məlumat yayıb.

Bildirilib ki, Furqani xəstəxanasında 14 gün müalicə alan 106 yaşlı kişi xəstəliyə qalib gəlib.

Bununla da, 106 yaşlı şəxsin dünyada koronavirusa qalib gələn ən yaşlı insan olduğu düşünülür.

Qeyd edək ki, pandemiyada ən yüksək risk qrupunu 60 yaşdan yuxarı şəxslər təşkil edir. Lakin onlardan bəziləri müalicədən sonra tamamilə sağala bilir.

Son rəqəmlərə görə, İranda 55 min 743 nəfər koronavirusa yoluxub, onlardan 3 min 452 nəfəri dünyasını dəyişib, 19 min 736 nəfəri sağalıb./publika.az

Xəbər lenti