Xəzər Xəbər

ABŞ-da cərrahlar tibb tarixində ən böyük dalağı çıxarıblar

Dünya | 10:31 • 4 Aprel 2020
ABŞ-da cərrahlar tibb tarixində ən böyük dalağı çıxarıblar

ABŞ-da həkimlər xəstənin bədənindən tibb tarixində ən böyük dalağıçıxarıblar.

"Case Reports in Surgery” jurnalında yerləşdirilən məlumata əsasən, 44 yaşlı amerikalı lenfoproliferativ xəstəlikdən əziyyət çəkirdi. Bu zaman orqanizmdə immunitetin təmin olunmasında iştirak edən ağ qan hüceyrələrinin, limfositlərin miqdarı dayanmadan artmağa başlayır.

Qeyd edilir ki, ABŞ sakininin qarın boşluğu üç ay ərzində şişib. Müayinə zamanıkişinin dalağının patoloji böyüdüyü məlum olub.Belə ki, amerikalının dalağının diametri 45 sm, çəkisi isə 12,14 kq-a qədər artıb. Halbuki, bu orqanın çəkisi normal halda 140 q-a müvafiqdir. Dalaq kişinin ümumi çəkisinin 12% - ni təşkil edirdi./oxu.az

Xəbər lenti