Xəzər Xəbər

Almaniya tarixinin ən böyük təxliyə əməliyyatlarına başlayır

Dünya | 22:38 • 3 Aprel 2020
Almaniya tarixinin ən böyük təxliyə əməliyyatlarına başlayır

Almaniya, tarixinin ən böyük təxliyə əməliyyatına hazırlaşır.

Almaniya hökuməti xaricdə olan 160 min vətəndaşını ölkəyə gətirmək üçün xüsusi proqram hazırlayıb. Təxliyə üçün 160 təyyarə və 50 milyon avro büdcə ayırılıb.Təxliyə əməliyyatlarını həyata keçirmək üçün 150 nəfərdən ibarət heyət fəaliyyət göstərir.

Qeyd edək ki, koronavirus səbəbiylə dünya ölkələri təyyarə səfərlərini təxirə saldığına görə, yüzminlərlə Almaniya vətəndaşı ölkəsinə qayıda bilmir./publika.az

Xəbər lenti