Xəzər Xəbər

Britaniya Səhiyyə nazirindən XƏBƏRDARLIQ: Əməl etməsəniz...

Dünya | 21:19 • 3 Aprel 2020
Britaniya Səhiyyə nazirindən XƏBƏRDARLIQ:

Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok ölkə əhalisinə xəbərdarlıq edib.

Nazir koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində sosial məsafə qaydalarına riayət edilməməsi təqdirində şiddətli fəlakət olacağını deyib:

"Xalqıma sosial məsafəni qoruduqları və evdə qaldıqları üçün təşəkkür edirəm. Modelləşdirmə zirvənin qarşıdakı bir neçə həftə ərzində gözləniləndən daha tez gələcəyini ehtimal edir”.

Qeyd edək ki, Hankok da koronavirusa yoluxub.

Son rəqəmlərə görə, Britaniyada 33 min 718 nəfər koronavirusa yoluxub. 2 min 921-i dünyasını dəyişib. 135 nəfər sağalıb.

publika.az

Xəbər lenti