Xəzər Xəbər

Moskvada keçiriləcək parad təxirə salınmayıb

Dünya | 17:09 • 1 Aprel 2020
Moskvada keçiriləcək parad təxirə salınmayıb

Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək paradın təxirə salınmasına dair hələlik heç bir qərar qəbul edilməyib.

Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, koronovirusun yayılması ilə əlaqədar Qələbə paradının keçirilməsi planına heç bir dəyişiklik edilməyib. D.Peskov əlavə edib ki, eyni zamanda, epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır.

Xəbər lenti