Xəzər Xəbər

Fransada daha 499 nəfər koronavirusun qurbanı olub

Dünya | 09:05 • 1 Aprel 2020
Fransada daha 499 nəfər koronavirusun qurbanı olub

Fransada son sutka ərzində 499 nəfər COVID-19 virusundan dünyasını dəyişib və beləliklə, bu xəstəlikdən ölənlərin sayı 3523-ə çatıb.

Ölkədə 52 min 128 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

COVID-19 pandemiyası ilə əlaqədar mətbuata açıqlama verən Səhiyyə üzrə baş direktor Jerom Salomon bildirib ki, 22 min 757 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 5565-i reanimasiyadadır. Ölkədə indiyədək 9444 nəfər sağalaraq xəstəxananı tərk edib.

J.Salomon tibb sahəsində təcrübəsi olan könüllülərə üz tutaraq, onları COVID-19 pandemiyasına qarşı mübarizəyə qoşulmağa səsləyib.

Qeyd edək ki, Fransanın şimal-şərq bölgəsi və İl-dö-Frans (İle-de-France) regionu pandemiyaya daha çox məruz qalan ərazilərdir.

Xəbər lenti