Xəzər Xəbər

Rumıniya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” qanunsuz hesab edir

Dünya | 08:43 • 1 Aprel 2020
Rumıniya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” qanunsuz hesab edir

Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilərlə” bağlı açıqlama yayıb.

Rumıniya XİN Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilən qondarma "prezident və parlament seçkiləri”ni qanunsuz hesab edir, həmçinin bu "seçkilərin” münaqişənin sülh və danışıqlar yolu ilə həlli prosesinə xələl gətirməyəcəyinə inandığını bildirir.

Rumıniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsində münaqişənin dinc və davamlı həllinə töhfə verə biləcək yeganə formatı - ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini bir daha bəyan edir və tərəfləri bu prosesdə lazımi siyasi iradə nümayiş etdirməyə çağırır.

Xəbər lenti