Xəzər Xəbər

Belarusda koronavirusdan ilk ölüm: Əməkdar artist vəfat etdi

Dünya | 17:13 • 31 Mart 2020
Belarusda koronavirusdan ilk ölüm: Əməkdar artist vəfat etdi

Belarusda koronavirusdan ilk ölüm qeydə alınıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Faktı ölkə başçısı Aleksandr Lukaşenko da təsdiqləyib.

Koronavirusdan ölən şəxsin Belarusun Əməkdar artisti Viktor Daşkeviç olduğu qeyd edilib. 75 yaşlı Daşkeviçdə pnevmoniya aşkar edilib.

Onun koronavirus testi yalnız üçüncü cəhddə müsbət nəticə verib.

Xəbər lenti