Xəzər Xəbər

Polisdən qurtulmaq üçün öskürməyə başladı: “Koronavirus deyiləm” deyərək yalvardı

Dünya | 16:28 • 31 Mart 2020
Polisdən qurtulmaq üçün öskürməyə başladı: “Koronavirus deyiləm” deyərək yalvardı

İstanbulda turistlərin pasportlarını oğurlamaqda şübhəli bilinən şəxs koronavirus bəhanəsinə əl atıb.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

İran əsilli şəxs polis tərəfindən yaxalandıqdan sonra öskürərək, polisləri koronavirusa yoluxduğuna inandırmağa çalışıb. Polis əməkdaşları ehtiyat tədbiri kimi tibbi yardım xidmətinə müraciət edib.

Əraziyə gələn xüsusi qoruyucu geyimli tibbi heyət şübhəli şəxsin temperaturunu ölçüb. Temperatur aşağı olsa da, şübhəlinin xəstəxanaya aparılması qərara alınıb.

İran əsilli şəxs bu dəfə də xəstəxanaya getmək istəməyib. Şübhəli təcili yardım maşınına mindirilərkən, polisə "vallah, koronavirus deyiləm” deyərək yalvarıb.

Xəbər lenti