Xəzər Xəbər

Putinlə Tramp RAZILIĞA GƏLDİ: neftin qiyməti...

Dünya | 12:22 • 31 Mart 2020
Putinlə Tramp RAZILIĞA GƏLDİ:

ABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin son telefon danışıqlarında qlobal neft böhranı ilə əlaqədar razılığa gəlib.

Liderlər enerji bazarının sabitliyinin əhəmiyyətli olduğu mövzusunda fikir mübadiləsi edib.

Ağ Evin mətbuat katibi Cudd Dir Trampla Putinin qlobal iqtisadiyyatı canlandırma və koronavirusla mübarizə məsələlərində G20 ölkələrilə birlikdə işləyəcəyi ilə bağlı razılıq əldə etdiyini bildirib.

Görüşlə bağlı Kremldən verilən açıqlamada da Putin və Trampın neft bazarındakı mövcud vəziyyəti müzakirə etdiyi və bu istiqamətdəki razılıqlara energetika nazirləri vasitəsilə davam ediləcəyi qeyd olunub./publika.az

Xəbər lenti