Xəzər Xəbər

Kanadanın ən iri şirkətlərindən biri 15 min əməkdaşını ixtisar edəcək

Dünya | 10:15 • 31 Mart 2020
Kanadanın ən iri şirkətlərindən biri 15 min əməkdaşını ixtisar edəcək

Kanadanın ən iri aviaşirkəti olan "Air Canada” koronavirus pandemiyası fonunda reys saylarının azalması səbəbi ilə 15 min əməkdaşını ixtisar edəcək.

"Ren TV” xəbər verir ki, bundan əlavə, şirkət 1,3 min menecerini ödənilməyən məzuniyyətə göndərəcək.

Yeni qaydalar aprelin 3-dən qüvvəyə minəcək.

Xatırladaq ki, daha əvvəl "Air Canada” beş min əməkdaşını ixtisar etmək niyyətində idi.

Xəbər lenti

Çox oxunanlar