Xəzər Xəbər

Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

Dünya | 09:30 • 31 Mart 2020
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

Türkiyədə koronavirusa yoluxma hallarının sayı artmağa davam edir. 

Son gün ərzində xəstələrin sayı daha 1600 nəfər artaraq, 10 827-ə çatıb. 

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. 

O qeyd edib ki, daha 37 nəfər koronavirusun qurbanı olub, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib. 

"Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş xəstə var. Bu gün 37 nəfəri itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 xəstə sağaldı, 725 nəfər reanimasiyadadır”, - deyə nazir "Twitter”də paylaşım edib.

Xəbər lenti