Xəzər Xəbər

Böyük Britaniyada itləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər

Dünya | 10:17 • 30 Mart 2020
Böyük Britaniyada itləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər

Böyük Britaniya koronavirusa yoluxmuş insanları müxtəlif testlərlə yanaşı itlərin köməyi ilə də təsbit etməyi plalaşdırır.

"Asia One” xəbər verir ki, ölkənin "Medical Detection Dogs” adlı xeyriyyə təşkilatı Daren Universiteti ilə birgə itlərin güclü iybilməqabiliyyətini nəzərə alaraqmüvafiq araşdırmalara başlayıb.

Mütəxəssislər əmindirlər ki, Parkinson sindromunu, onkoloji xəstəlikləri, malyariyanı və digər infeksiyaları artıq müəyyən edə bilən heyvanlarbu işin də öhdəsindən gələ biləcəklər.

Onların fikrincə, itlərin təlim edilməsinə altı həftə vaxt tələb olunur. Təlimlər bitdikdən sonra heyvanlar ilk növbədə sərhəd məntəqələri və hava limanlarında fəaliyyət göstərəcək./oxu.az

Xəbər lenti