Xəzər Xəbər

Portuqaliyada yeniyetmə koronavirusun qurbanı oldu

Dünya | 09:46 • 30 Mart 2020
Portuqaliyada yeniyetmə koronavirusun qurbanı oldu

Portuqaliyada 14 yaşlı yeniyetmə koronavirus səbəbindən vəfat edib.

"Efe” agentliyi xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Naziri Marta Temido bildirib.

Qeyd edək ki, Portuqaliyada təxminən altı min insan koronavirusa yoluxub. Onlardan 119 nəfəri xəstəlikdən vəfat edib.

Nazirinin sözlərinə əsasən, həmin oğlan Aveyru əyalətinin Ovar şəhərində yaşayıb.

Yeniyetmə immun çatışmazlığından əziyyət çəkirmiş.

Xəbər lenti